Emin Əmrulllayev 8 Mart münasibəti ilə paylaşım edib

  • Space TV
  • 8 Mart 2021 14:52

Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.

Spacetv.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrulllayev “Facebook” səhifəsində bildirib. 

“Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.

Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”, – nazirin bayram paylaşımında qeyd olunub. 

Paylaş

 Xəbəriniz olsun