Elxan Məmmədov: “Bakıda AVRO-2020 həyəcanının olacağına inanıram”

  • Space TV
  • 29 Yanvar 2021 14:38

“İnanmıram ki, UEFA AVRO-2020-nin meydan sahiblərinin sayında dəyişiklik olsun. Çünki son iclasda da 12 federasiya nümayəndəsi iştirak etdi. Bakıdan ev sahibliyinin alınması barədə müzakirə getməyib”.

Spacetv.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, hazırda koronavirusla bağlı fors-major hal yaşanır: “Ötən il pandemiya ilə bağlı bütün işlər yubandı. Amma bu ildən vəziyyətin düzələcəyinə ümid var. Artıq fevralın 1-dən Azərbaycanda karantin daha da yumşaldılacaq. Aprelin 1-dən isə karantinin tamamilə götürüləcəyinə ümid var. Ona görə də yayda Bakıda AVRO-2020 həyəcanının olacağına inanıram”.

Paylaş

 Xəbəriniz olsun