Elton Con Dağlıq Qarabağla bağlı paylaşımını sildi

  • Space TV
  • 6 Oktyabr 2020 10:27

Dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Elton Con Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla bağlı sosial şəbəkə hesabındakı paylaşımını silib. 

Spacetv.az xəbər verir ki, o, paylaşımında ermənilərə dəstək verdiyi üçün tənqidlərlə üzləşib. 

Bundan sonra E.Con “Instagram” hesabındakı paylaşımını silmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, sentyabrın 27-dən Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Bu əməliyyatlardan qorxuya düşən düşmən ordusu Azərbaycanın mülki əhalisini hədəf seçib.

Paylaş

 Xəbəriniz olsun