Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

  • Space TV
  • 26 Noyabr 2020 12:57

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Spacetv.az-ın xəbərinə görə, müvafiq əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Paylaş

 Xəbəriniz olsun