Elmi praktiki konfrans

  • Space TV
  • 29 Noyabr 2019 14:03

“Modern arıçılıq” mövzusunda təşkil olunan konfransda qərb bölgəsi və ətraf rayonlardan dəvət olunanan arıçılar,  kənd təsərrüfatı nazirliyinin nümayəndələri, həmçinin Türkiyədən gələn mütəxəssislər iştirak edib. Müzakirələrdə arıçılığın mövcud vəziyyəti istiqamətində real vəziyyət, yaşanan problemlər və problemlərdən çıxış yolları müzakirə olunub. Müzakirə olunan məsələlər sırasında balın keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə təsərrüfatlarda  ekstensiv isuldan intensiv usullara keçilməsinin perspektivləri hada danışılıb.

Konfransda arıçılıqla məşğul olan təsərrüfat sahiblərinin istehsal etdiyi məhsullarını ölkə kənarına çıxışı yolları təhlil edilib. Bu istiqamtdə yaşanan çətinliklər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfranda Türkiyəli mütəxəssislər bu sahədə öz təcrübələrini bölüşüblər. Xüsusən qardaş ölkənin Bingöl Universiteti ilə qarşılıqlı mübadilələr, arıçılığın daha da inkişafı baxımından müştərək addımların atılması qərara alınıb.

Qeyd edək ki, Azərbaycanın arıçılıq təsərrüfatlarında hazırda 520 min arı ailəsi saxlanılır.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun