Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşüb

  • SpaceTV
  • 18 Sentyabr 2019 10:53

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı Kardinal Leonardo Sandri ilə görüşüb.

İkitərəfli görüş zamanı Kardinal L.Sandri Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində mühüm addımlar atdığını qeyd edib.  Çıxışı zamanı Kardinal L.Sandri Heydər Əliyev Fondunun və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyi ilə dünya mədəni irsinin qorunmasına göstərilən dəstəyi yüksək qiymətləndirdi.

Xarici İşlər naziri Elmar Məmmədyarov isə  Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu və hazırkı səfəri çərçivəsində Pontifik Şərq İnstitutu ilə XİN-in Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) arasında mədəni və akademik sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalandığını məmnunluqla qeyd etdi.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran regional məsələlər haqqında da  müzakirələr oldu.

Paylaş

 Xəbəriniz olsun