“Elektron ipoteka və kredit zəmanət” haqqında Əsasnaməyə dəyişiklik edilib

  • Space TV
  • 23 Noyabr 2020 15:05

“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Belə ki, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə əlaqədar müvafiq məlumatların elektron sistemə ötürülməsi zamanı, fiziki və hüquqi şəxslərin 25-dən çox olaraq qeyd edilən iştirak payı “25 faiz və daha çox” olaraq müəyyənləşib.

Eləcə də, kredit almaq istəyən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə təqdim edilən bəndə əlavə olaraq, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar tələb olunacaq.

Paylaş

 Xəbəriniz olsun