Elektromobillərə maraq artıb – VİDEO

  • SpaceTV
  • 21 Oktyabr 2019 17:38

Elektriklə işləyən avtomobillər hələ 50 il bundan əvvəl işıq üzü görüb. Nədənsə həmin vaxtlar bu avtomobillərə elə də böyük maraq olmayıb. Lakin son zamanlar elektromobillərə yenidən böyük maraq yaranıb.

Artıq bu avtomobillərə ölkəmizdə kifayət qədər məhşurlaşmaqdadır. Bir çoxları isə elektromobillərin yanacaq baxımından sərfəli olduğunu bilsə də  ehtiyyat hissələrinin çətin tapıldığını düşünürlər. Mütəxəssislər isə bele bir problemin olmadığını bildirirlər.

Elektromobillərin ən üstün cəhətlərindən biri də onun ekoloji cəhətdən təmiz olmasıdır.

Ümumiyyətlə nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz Elektromobillərdən istifadənin genişləndirilməsidir. Hazırda  bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunmaqdadır.  Və bəzi ölkələrdə bunun üçün dövlətin xüsusi dəstəyi də var. Misal üçün Elektromobillərdən ən çox istifadə edilən Çində bu avtomobillərdən istifadə edənlər yol vergisindən azaddırlar. Bu avtomobillərin qeydiyyatı üçün isə rüsum tələb olunmur. Azərbaycanda da elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ölkənin ekoloji durumunu yaxşılaşdıra bilər.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun