Elektrikli ölüm

  • Space TV
  • 5 Fevral 2020 12:50

Qusar rayonu Bədirqala kənd sakini, 14 yaşlı Əmrah Əmrahov fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.Onun cansız bədəni yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb. 14 yaşlı yeniyetmə elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Əmrahla bərabər birgə yanında olan itdə ölmüş vəziyyətdə olub. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Qeyd edək ki, Qusarda 300 yaxın belə standartlara cavab verməyən transformator var.Onlardan 150-nin ətrafı artıq çəpərlənib. Yaxın 2 ay ərzində isə qalan hissəsinin ətrafının çəpərlənəcəyi bildirilir.

Azərişıq Açıq Səhmdar Cəmiyyətinin rəsmisi Tanrıverdi Mustafayev həmin transformator Azərişığın balansında olmadığını bildirdi.

Bununla yanaşı Azərıq Açıq Səhmdar Cəmiyyətinin balansında olmayan belə transformatorla bağlı da müəyyən qədər tədbirlərin görüldüyü bildirildi.

Qeyd etdiyimiz fakt, elektrik transformatorlarında baş verən ilk bədbəxt hadisə deyil. Belə hadisələr bir çox insanı ya həyatından, ya da sağlamlığından edib.

Mütəxəssislər həmçinin bildirir ki belə qəzalar təkcə yüksək gərginlikli yarımstansiyalarda yox evlərdə də baş verir. Səbəb isə elektrik çəkilişi zamanıda qaydalara riayət olunmaması və ən əsası baş verə biləcək hadisələrə görə qabaqlayıcı tədbirlərin görülməməsidir.

Yüksək gərginlikli elektrikin təhlükəli olmasını hər kəs anlamalıdır. Ələlxüsus da özəl transformator qoyan şəxslər təhlükəsizlik tədbirlərinin görülməsinə maksimum diqqət yetirməlidirlər ki, sonradan hər hansı bədbəxt hadisə baş verməsin.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun