Elektrik sistemi yenidən qurulur

  • SpaceTV
  • 23 Avqust 2019 11:15

Şücaətli ordumuzun mühüm qələbələri ilə nəticələnən Aprel Döyüşlərindən sonra düşmən atəşlərindən qurtulan kəndlərimizdən biri də Tapqaraqoyunludur.  Goranboy rayonun get-gedə böyüyüən və infrastruktur yenilənən bu kəndinin elektrik sisteminin də  tam yenidən qurulması işləri aparılır

Ölkə rəhbərinin yerlərdə enerji təchizaatı sisteminin təkmilləşdirilmədsi üzrə göstərişinə uyğun olaraq Goranboy rayonunun, o cümlədən rayonun düşmən mövqelərinə yaxın Tapqraqoyunlu kəndi istiqaməti üzrə elektrik enerjisi nəqli avadanlıqlarının müasirləşdirilməsi işlərinə başlanılıb. Aparılan tədbirlər çərçivəsində Tapqaraqoyunluda  4 ədəd transformator məntəqəsi tam şəkildə yenilənəcək. Bundan əlavə 400 ədəd elektrik dayaqları quraşdırılacaq. Həmçinin 5 km məsafədə daxili 10 kilovoltluq şəbəkə naqilləri yenilnəcək. Hazırda işlərin 40 faizi tam yekunlaşıb.

Tapqaraqoyunlu kəndinin elektrik şəbəkəsi 60 cı illərin sonlarında quraşdırılıb. Kənddə 629 abonent var. Həyata keçirilən tədbirlərdən sonra kəndin elektrik enerji sistemində yaranan fasilələr tam aradan qadırılmış olacaq.

Aparılan işlərin ilin sonunadək yekunlaşacağı gözlənilir.

Zakir Muradov – Goranboy –Space

Paylaş

 Xəbəriniz olsun