Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsində yaşayan 41 yaşlı Murad Əliyev evində təmir işləri görərkən ehtiyatsızlıqdan ağır xəsarət alıb. Hadisə Murad Əliyevin elektrik mişarı ilə işlədiyi vaxt baş verib. Belə ki, ani olaraq yaranan texniki nasazlıq zamanı elektrik mişarı onun üz nahiyəsinə dəyib. Hadisə yerinə dərhal təcili yardım briqadası çağırılıb. Murad Əliyevə ilk tibbi yardım göstərildikdən sonra o, təcili yardım maşını ilə Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olduğundan Bakıya aparmaq mümkün olmayıb. Bu səbəbdən paytaxtdan həkim briqadası dəvət edilib. Hazırda Lənkəran polisində hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Rövşən Almazoglu Space TV