Elektrik dirəklərindən naqilləri kəsərək oğurlayan şəxslər yaxalanıb.

  • Space TV
  • 10 Yanvar 2020 16:27

Hadisə Ağsuda qeydə alınıb. Rayonun Pirhəsənli kəndindən keçən hissəsində naqillərin kəsilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Əraziyə baxış keçirən polis 5 dayaq arasında olan xətləri kəsməyə çalışan şəxsləri elə iş başındaca ələ keçiriblər. Yaxalananların canlarını qurtarmaq üçün polisə müdaxilə etmək cəhdi də uğursuz olub. Onların sonrakı taleyinə gəlincə isə…

Ələ keçən şəxslərin Pirhəsənli kənd sakinləri Səlim Nizamov və İmran Pirverdiyev olduğu müəyyən edilib. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun