Eldar Əzizov sürüşmə ərazisinə gedib

  • Space TV
  • 25 Noyabr 2019 11:15

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən əraziyə gedib.

SPACE TV bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlama verib.

Onun sözlərinə görə, icra başçısı və qurumun bütün xidmət rəhbərləri hadisə yerinə baxış keçirirlər.

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.

Paylaş

 Xəbəriniz olsun