Ekzitpol: Lukaşenko 79.7 faiz səslə qalib gəldi

  • SpaceTV
  • 9 Avqust 2020 22:44

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarusda keçirilən Prezident seçkilərində 79,7% səslə qalib gəlib.

TASS xəbər verir ki, bu barədə ekzitpolun nəticələri əsasında MİR telekanalı məlumat yayıb. 

Məlumata görə, digər namizədlər – Svetlana Tixanovskaya 6,8%, Anna Kanopatskaya 2,3%, Andrey Dmitriyev 1,1%, Sergey Çereçen 0.9% səs toplayıb.

Qeyd edək ki, Belarusda prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Paylaş

 Xəbəriniz olsun