Ekvadorda çaxnaşma: 10 nəfər öldü, 8 nəfər gözünü itirdi

  • SpaceTV
  • 29 Oktyabr 2019 11:04

Ekvadorda 12 gündür davam edən etiraz aksiyalarında 10 nəfər öldürülüb, 1340 nəfər xəsarət alıb.

RİA Novosti” xəbər verir ki, bu barədə Ekvadorun Ombudsmanının insan hüquqları üzrə Beynəlxalq Amerika Komissiyasına göndərdiyi məruzədə bildirilir.

“Bizim oktyabrın 13-dək ölən, yaralanan və həbs olunanların sayı barədə tədqim etməli olduğumuz rəsmi məlumatlara görə, aksiyalar zamanı 1592 nəfər saxlanılıb. Saxlanılmaların 76%-i əsassız və qanunsuzdur. Aksiyalar zamanı 1340 nəfər yaralanıb və 10 nəfər həlak olub”, – deyə ombudsman Freddi Karrion jurnalistlərə açıqlamasında bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bir çox aksiyaçılar ağır xəsarətlər alıb: səkkiz nəfər gözünü itirib.

Etiraz aksiyaları Ekvadorda yanacağa olan subsidiyaların aradan qaldırılması əleyhinə yönəlib.

Paylaş

 Xəbəriniz olsun