EKSPRESS AVTOBUSLAR FƏALİYYƏTDƏ

  • SpaceTV
  • 6 İyul 2020 17:23

Ölkədə koronovirus infeksiyasına  yoluxma sayı və ölüm halları artığı üçün operativ Qərargah tərəfindən metronun fəaliyyəti yenidən müvəqqəti dayandırıldı.Nazirlər Kabinetinin müvaqif qərarı ilə yenidən ictimai nəqliyyatda da dəyişiklər tətbiq olundu.

Artıq BNA tərəfindən bu gün səhər saatlarından  başlayaraq paytaxda “M1 və M2” ekspress marşurut xətləri fəaliyyətə başladı.Yenidən fəaliyyəti bərpa olunan eksperss avtobuslarda  əvvəlkindən fərqli olaraq, sosial məsafəyə riayət olunması ilə bağlı yazılı elanlar yerləşdirilməyib.

”M1” marşurut  xətti üzrə  avtobuslar metro stansiyalar üzrə sərnişin daşınmasını həyata keçirir.

Ekspress xətlər üzrə avtobuslar bu dəfə 5 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Sərnişinlər isə bu avtobusların saat 20:00-a kimi işləməsindən  narazıdılar

Məlum olduğu kimi ekspress xəttə buraxılan avtobuslar iyul ayının 20-nə kimi şənbə bazar günləri istisna olmaqla həftənin bütün  günləri fəaliyyət göstərəcək

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun