Eks-prezident: “Rövşən Cavadov kabinetimə gəldi.. dedi ki, mən xalq cəbhəsinin tərəfindəyəm” – VİDEO

  • SpaceTV
  • 27 Oktyabr 2019 16:34

“Mən zəif idim.​ Ətrafımdakı məmurların özləri bir neçə stulda əyləşirdilər.​ Gözləyirdilər ki, nə ola, nə olmaya, bizə nə düşəcək. Milis OMON-umdan başqa mənim heç nəyim yox idi.​ Rövşən Cavadov da bir gün kabinetimə gəldi, dedi ki, ​ mən onların tərəfindəyəm, yəni Xalq Cəbhəsinin”.​ Bu sözləri Space TV-nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində Azərbaycanın eks – prezidenti ​ Ayaz Mütəllibov ölkəyə başçılığı dövründə hakimiyyəti əlində saxlaya bilməməsinin səbəblərindən​ danışarkən deyib. ​ Eks –prezident bildirib ki,​ Xalq Cəbhəsindən ölkənin ümumi xeyri üçün yararlanmağa çalışsa da buna nail ola bilməyib: “Bunlar adam olmadılar. Bunlar mənim başıma oyunlar açıblar. Təhqir ediblər. Bunlara inanmaq olar? İndi də bunların çıxışlarını oxuyuram, deyirəm adam olmadınız siz? Bəsdir də. Bir dəfə bunu etdiniz, Qarabağ adıyla xalqın başına bu oyunu açdınız, nə qazandınız? Buna görə cavab verməlisininz.​ Batırıblar hər yeri. İndinin özündə​ də camaatı incidir, söyüş söyürlər.​ Axı bizim ənənəmiz var, biz mürvətli xalqıq. Belə olduqlarını bilsəydim onları qeydiyyatdan keçirməzdim. Mənim hərəkətlərim də tənqidə layiqdir. Mən humanist adam olduğumdan məsələni xoşluqla həll etmək istəyirdim”.

Ayaz Mütəllibov eyni zamanda Xalq Cəbhəsini əməkdaşlığa dəvət etdiyini də etiraf edib: “Mən onları əməkdaşlığa dəvət etmişdim, çətin dövrdən birlikdə çıxmağa çağırmışdım. Dərd orasındadır ki, bu adamlar heç cür ipə-sapa yatmırdılar. Biz hakijmiyyətə gələcəyik, bizim proqramımız var, biz Mütəllibovla işləməyəcəyik…, dedikləri bu idi. ​ ​ Bunlara ev də, vəzifə də təklif etmişəm. Ancaq xeyri olmadı. ​ Mənə zəif bir adam kimi baxıblar. Deyirdilər, ​ Mütəllibov zəifdir, qorxur, biz onu təzyiqə məruz qoymalıyıq”.

Paylaş

 Xəbəriniz olsun