Ayaz Mütəllibov nə qədər pensiya alır? – Eks-prezident məbləği açıqladı

  • SpaceTV
  • 5 Oktyabr 2019 17:59

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.  O, 10 min manat təqaüd aldığını bildirib: “Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə,  Ayaz müəllim bu sizsiniz?- deyə təəccüblənirdilər.  Deyirdim mənəm.  Əvəz-əvəz olmamalı idi. Günahım varsa onu mənim üzümə deyin, razılaşıb –razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir.  Allah mənim vəziyyətimə heç kəsi salmasın”.

Paylaş

 Xəbəriniz olsun