Paytaxtda yeni təmir olunaraq istifadəyə verilmiş 300 saylı tam orta məktəbdə ənənəvi sinif otaqları ilə yanaşı daha bir qeyri adı sinif otağı da təmir olunaraq məktəb kollektivinin istifadəsinə verilib.Bu sinif otağına daxil olarkən insan özünü sanki təbiət qoynunda hiss edir.Sinif otağının divarları tamamilə yaşıl otlarla əhatə olunub, hər tərəfdə dibçəklər yerləşdirilib.
Artıq yeni tədris ilinin əvvəlindən başlayaraqbiologiya dərsi məktəbin bütün şagirdlərinə bu sinifdə tədris olunur. Məktəbin biologiya müəllimi Badam Rüstəmova deyir ki, sinfin təbiət rəngləri ilə əhatə olunması şagirdlərdə müsbət aura yaratmaqla yanaşı, tədrisin yaxşı mənimsənilməsinə də təsirsiz ötüşmür.
Şagirdlər də, sözügedən fənnin eko sinifdə tədris olunmasının onlarda biologiya fənninə marağı daha da artırdığını deyirlər. 300 saylı məktəbin direktoru İradə Xəlilova bildirir ki, biologiya dərslərindən əlavə proqrama uyğun olaraq müəllimlər ekoloji mühitlə əlaqəli mövzuları da ekoloji kabinetdə tədris edirlər
Məlumat üçün bildirək ki, ekoloji siniflərin yaradılmasına ilk dəfə 2019-20 ci tədris ilindən başlanılıb.
RƏŞAD VƏKİLOĞLU SPACE TV