EİA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

  • Space TV
  • 11 Noyabr 2020 12:30

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişib.

Spacetv.az xəbər verir ki, bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – November 2020” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, daha əvvəlki proqnozdan 10 min barel azdır.

Bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 60 min barel və ya 7,8 % azdır. 2020-ci ilin dördüncü rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə bu rəqəm 20 min barel və ya 2,9 % çoxdur.

Agentliyin hesabatına əsasən, 2021-ci ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunun 730 min barel olacağı gözlənilir. Bu, EIA-ın oktyabr hesabatında verilən proqnozdan 10 min barel azdır.

Bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə 30 min barel və ya 4,3% çoxdur.

Agentlik hesab edir ki, növbəti ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozdan 10 min barel azdır. Bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 10,4 % çoxdur.

Növbəti ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun da üçüncü rübdə olduğu qədər, yəni 740 min barel olacağı açıqlanıb. Gələn ilin dördüncü rübü üçün də Agentlik proqnozunu 10 min barel aşağı salıb. Bu proqnoz isə bu ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,24 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun