Ehtiyatsızlıq ölümlə nəticələnib

  • Space TV
  • 19 Avqust 2020 10:50

Lənkəranda ehtiyatsızlıq ölümlə nəticələnib. 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.  Space TV-nin məlumatına görə, bədbəxt hadisə rayonunun Şilavar kəndi ərazisindəki yeni yaşayış massivində qeydə alınıb. Belə ki, Xeyrulla Əsədullayev oğlunun evində təmir işləri apararkən ehtiyatsızlıqdan onu cərəyan vurub. 60 yaşlı kişini yaxınları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, onun dünyasını dəyişdiyi məlum olub. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rövşən Almasoğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun