Ehtiyatsızlıq nələrə səbəb ola bilər?

  • SpaceTV
  • 5 Oktyabr 2019 17:05

Son aylar yayılan yoluxucu xəstəliklər arasında hepatit C üstünlük təşkil edir.Buna səbəb isə gigiyena qaydalarına əməl olunmamasıdır.Virus qaraciyərdə və qanda tapılır. Əsas yoluxma yolu  isə  qandır. Məsələn, eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, eyni iynə istifadə edilərək edilən peyvəndlər  hepatit C –yə yoluxmaya səbəb olur.

İnfeksion xəstəlikləringöstəriciləri hər insanda özünü müxtəlif cür büruzə verir. Hepatit C-nin əlamətləri ürək bulanması, aşağı temperatur, qarın bölgəsi və qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən sarılıq, qusma və halsızlıqdır.

Həkimlərin məsləhətinə görə hepatitdən qorunmaq üçün gigiyena və sağlamlıq qaydalarına riayət etmək , yaxşı sterilizə işləri  aparılmayan tibbi müəssisələrdən uzaq durmaq, manikür və pedikür etdirərkən şəxsi alətlərdən istifadə edilməsini tələb etmək lazımdır.Ümumilikdə infeksion xəstəliklərə yoluxmamaq üçün birdəfəlik alətlərdən istifadə olunmalıdır.

Qeyd edək ki, aşurada qanvermə aksiyasına qoşulan, 76 nəfərdə Hepatit C virusu  aşkar edilib. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.  

  LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun