Ebru “dodaq uçuqladan” lüks saatı ilə gündəmə damğa vurdu

  • SpaceTV
  • 1 İyun 2020 14:54

Şəxsi həyatı ilə Türkiyə mətbuatının gündəmindən düşməyən müğənni Ebru Gündeş lüks və bahalı saatı ilə diqqət mərkəzinə düşüb.

“Hürriyet” nəşri sənətçinin “Patek Philippe” brendinə məxsus “Nautilus” modelli saatı barədə məlumat dərc edib.

1976-cı ildə marka tərəfindən istehsal edilən klassik tərzli saat polad, qızıl və ağ qızıl metalından hazırlanıb.

E.Gündeşin dəbdəbəli aksesuarının dəyəri 175 min manatdır.

Paylaş

 Xəbəriniz olsun