DYP tədbir keçirdi: Qış rejiminə cavab verməyən üç mikroavtobus dayanacağa qoyuldu – FOTO

  • Space TV
  • 25 Fevral 2021 12:20

Ağstafada sərnişin daşıma ilə əlaqədar tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir.

Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara yardım edir. Bundan əlavə sürücülərlə sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polis, onlara yollarda olan son vəziyyət haqqında məlumatlar verirlər.

Reyd zamanı qış rejiminə uyğun olmayan üç mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub, sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Paylaş

 Xəbəriniz olsun