Düşmənin daha bir “Su-25” döyüş təyyarəsi məhv edildi – RƏSMİ

  • Space TV
  • 2 Noyabr 2020 14:05

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Spacetv.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin “Su-25” döyüş təyyarəsi məhv edilib.

Paylaş

 Xəbəriniz olsun