Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edildi

  • Space TV
  • 8 Oktyabr 2020 13:58

“Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın “Qrad” yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib”.

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Çox sayda günahsız insanların həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb”, – o əlavə edib.

Paylaş

 Xəbəriniz olsun