Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı – RƏSMİ

  • Space TV
  • 6 Noyabr 2020 13:58

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. 

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Paylaş

 Xəbəriniz olsun