Düşmən təxribatları davam edir

  • SpaceTV
  • 30 Avqust 2019 14:13

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Sərhəd xidmətinin mətbuat mərkəzindən Space TV –yə  verilən məlumata görə, düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində də atəşkəs rejimini pozublar.

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki,  ötən gün saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alan olmayıb.  Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. 

Paylaş

 Xəbəriniz olsun