Düşmən Tərtəri atəşə tutub, 24 top mərmisi atıb

  • Space TV
  • 9 Noyabr 2020 12:36

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri artilleriya atəşinə tutub.

Bu barədə Spacetv.az cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən gün ərzində Tərtər şəhəri, rayonun Şıxar qəsəbəsi və Qazyan kəndinə ümumilikdə 24 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Paylaş

 Xəbəriniz olsun