Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb

  • SpaceTV
  • 30 Oktyabr 2020 11:44

Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.

Spacetv.az xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir.

Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.

Paylaş

 Xəbəriniz olsun