Düşmən Cəbrayılda tarixi abidəni məhv edib

  • Space TV
  • 21 Dekabr 2020 14:04

Erməni işğalı zamanı Cəbrayıl rayonunda hamam yararsız hala salınıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Şəhər mərkəzindəki əsas memarlıq abidələrindən biri olan XIX əsrə aid Sultan Allahverdi hamamı mənfur düşmən tərəfindən məhv edilib.

​XX əsrin əvvəllərinə kimi fəaliyyət göstərmiş və Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə daşıyan hamam yalnız şəhər yox, həm də ətraf kəndlərin əhalisi tərəfindən istifadə olunub.

Paylaş

 Xəbəriniz olsun