Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlandı

  • Space TV
  • 9 Yanvar 2020 19:25

“2020-ci ildə dünyanın ən yaxşı şəhərləri” reytinqində London ilk pillədə qərarlaşıb.

Lenta.ru xəbər verir ki, sözügedən reytinq “Resonance Consultancy” şirkətinin ekspertləri tərəfindən hazırlanıb.

Müvafiq araşdırma çərçivəsində analitiklər bir milyondan çox əhalisi olan şəhərləri iqlim, təhlükəsizlik səviyyəsi, istirahət bölgələri və müvafiq infrastrukturun mövcudluğu, təhsil müəssisələri, hava limanları, restoranlar və dükanlarla təmin edilmə, təhsilli sakinlərin nisbəti, vətəndaşların gəlir səviyyəsi, şəhərin sosial şəbəkədə populyarlığı da daxil olmaqla bir sıra parametrlərə görə qiymətləndirib.

Araşdırma nəticəsində dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri reytinqinə London liderlik edib. Londonu Nyu-York, Paris və Tokio şəhərləri izləyib.

Moskva siyahının beşinci pilləsində qərarlaşıb. Rusiyanın paytaxtı hava limanlarının nəqliyyat şəbəkəsinin inkişafı və muzeylərin mövcudluğu kimi göstəricilər üzrə dünya lideri olub.

İlk onluğa Dubay, Sinqapur, Barselona, Los-Anceles və Roma da düşüb.

Paylaş

 Xəbəriniz olsun