Dünyanın məğlubedilməz boksçusu rinqə qayıdır: Rəqibi “YouTube” bloqeridir – VİDEO

  • Space TV
  • 7 Dekabr 2020 15:06

Amerikalı sabiq peşəkar boksçu, məğlubedilməz Floyd Meyvezer rinqə qayıdır.

O, “Instagram” hesabındakı paylaşımında “YouTube” bloqeri 25 yaşlı Loqan Polla döyüşəcəyini açıqlayıb.

Bu döyüş fevralın 20-də olacaq. Döyüşün harda olacağı açıqlanmayıb.

Qeyd edək ki, bu ilin mayında 43 yaşlı idmançı rinqə qayıtmayacağını və peşəkar boksdan 800 milyon dollar qazandığını açıqlamışdı. Onun son döyüşü 2018-ci ilin dekabrın 31-də “Rizin 14” turniri çərçivəsində Yaponiyanın paytaxtı Tokioda olmuşdu. Həmin döyüşdə o, yerli kikboksçu Tensin Nasukavanı birinci raundda nokauta salmışdı.

Xatırladaq ki, ötən ay əfsanəvi ağırçəkili boksçu Mayk Tayson da rinqə qayıtmışdı. Onun Roy Consla döyüşündə qalib müəyyənləşməmişdi.

https://www.instagram.com/p/CIeQ8EmFJNq/

Paylaş

 Xəbəriniz olsun