Dünyanın gözlədiyi xəbər gəldi! 2 nəfərə koronavirus peyvəndi vurdular

  • Space TV
  • 24 Aprel 2020 10:05

İngiltərənin Oksford Universiteti tərəfindən 3 aydır hazırlanan potensial koronavirus peyvəndinin sınaqları 2 könüllü şəxslə başlayıb. Bunlardan birinə potensial “Covid-19” peyvəndi, digərinə isə nəzarət məqsədli peyvənd vurulub. 800-dən çox insanın qatıldığı çalışmada könüllülər özlərinə hansı peyvəndin vurulduğunu bilməyəcək, bu məlumatı sadəcə aradakı fərqi araşdıracaq həkimlər biləcək.

SPACE TV  xəbər verir ki, araşdırmaya rəhbərlik edən peyvənd mütəxəssisi professor Sarah Cilbert potensial peyvəndə böyük ümidlərinin olduğunu qeyd edib:

“Bunu sınaqdan keçirməli və insanlara təsirinə baxaraq bilgi almalıyıq. Peyvəndi kütləvi şəkildə istifadəyə buraxmadan əvvəl işə yaradığından əmin olmalıyıq”.

Professor daha əvvəl verdiyi açıqlamada peyvəndin uğurlu olacağından 80% əmin olduğunu bildirmişdi.

Paylaş

 Xəbəriniz olsun