Dünyanın bir nömrəli tennisçisi idmançıya yaraşmayan hərəkətinə görə turnirdən qovuldu – FOTO

  • Space TV
  • 7 Sentyabr 2020 12:06

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç idmançıya yaraşmayan davranışlarına görə ABŞ-da keçirilən tennis üzrə “US Open” Açıq Çempionatından diskvalifikasiya edilib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, ilk oyunda tennisçi Pablo Karrenyo-Busteyə 5:6 hesabı ilə uduzandan sonra Cokoviç ətrafına baxmadan raketka ilə topa vurub. Top hakimə dəyib.

Bu hadisədən sonra arbitrlər serbiyalı tennisçini turnirdən uzaqlaşdırmaq qərarına gəliblər.

Cokoviç həmçinin “US Open”də topladığı reytinq xallarından və mükafat pullardan da məhrum ediləcək.

Paylaş

 Xəbəriniz olsun