Dünyanın 9 nüfuzlu universitetinə qəbul olan paytaxt məktəblisini Space TV-də tanıyacaqsız

  • Space TV
  • 22 İyul 2020 15:44

Uşaqlıqdan  həkim  olmaq istəyi  paytaxt  məktəblisini dünyanın 9 nüfuzlu  univeristetində  təhsil  almaq şansı  qazandırdı. Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Təhsil Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının hökumətlərarası  təqaüd proqramları çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək, Pekin Universitetinin “Tibb” ixtisasına qəbul olub.

İstedadlı  məktəblinin  uğurları  bununla  bitmir. 18 yaşlı Selcan Nurullayeva, həmçinin 2020-2021-ci tədris ili üçün “Tibbi biologiya” ixtisası üzrə ABŞ-ın və dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Cənubi Florida Universitetində, “Biologiya” ixtisası üzrə ABŞ-ın Müqəddəs Luis Universiteti, Arizona Dövlət Universiteti və Cikaqo univeristetinə qəbul olub

Bundan başqa Selcan Türkiyə univeristetlərindən də bir neçəsində təqaüdlə təhsil almaq şansına nail olub. Hələlik seçim etməyən abituriyent 4-cü ixtisas üzrə DİM-nin keçirəcəyi imtahanlarda iştirak etdikdən sonra xaricdə yoxsa öz ölkəmizdə təhsil alacağına qərar verəcək.

Təhsil Naziriliyi tərəfindən həyata keçirilən Sabahın alimləri olimpiyadasında dəfələrlə birincilik əldə etmiş  paytaxt məktəblisi Selcan Nurullayeva oxuduğu məktəbi də  qızıl və ya gümüş medalla bitirməsi gözlənilir

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun