Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

  • Space TV
  • 2 Sentyabr 2020 17:04

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalı dünyanın ən yaxşı universitetlərinin illik reytinqini dərc edib.

Spacetv.az xəbər verir ki, bu il siyahıda 93 ölkədən 1 527 təhsil müəssisəsi yer alıb.

TOP-5-də Oksford Universiteti (Böyük Britaniya), Stenford Universiteti (ABŞ), Harvard Universiteti (ABŞ), Kaliforniya Texnologiya İnstitutu (ABŞ) və Massaçusets Texnologiya İnstitutu (ABŞ) yer alıb.

Paylaş

 Xəbəriniz olsun