Dünyanın ən yaxşı mərkəz hücumçusu adına namizədlər açıqlandı

  • SpaceTV
  • 19 Oktyabr 2020 16:37

“France Football” bütün dövrlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlamağa davam edir.

Spacetv.az xəbər verir ki, nəşrin rəsmi saytında bu dəfə dünyanın ən yaxşı mərkəz hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün forvardlarından heç birinə yer verməyib.

Ən yaxşı mərkəz hücumçusu adına namizədlər: Dennis Berqkamp, Yohan Kruiff, Marko van Basten (hamısı Niderland), Kenni Dalqliş (Şotlandiya), Eysebio (Portuqaliya), Şandor Koçiş (Macarıstan), Herd Müller (Almaniya), Romario, Ronaldo (Braziliya), Corc Vea (Liberiya)

Paylaş

 Xəbəriniz olsun