Dünyanın ən uzunsaçlı qızı Ginnesin rekordlar kitabına düşdü

  • SpaceTV
  • 21 Yanvar 2020 11:05

17-yaşlı Hindistanlı Nilanşi Patel adlı qız ən uzunsaçlı yeniyetmə kimi Ginnesin rekordlar kitabına düşüb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, onun saçlarının uzunluğu 190 santimetr təşkil edir. Hindistanlı “Rapunzelə” bununla bağlı sertifikat təqdim ediblər. Patelin dediyinə görə, saçını daramaq hər dəfə onun bir saatını alır. O, saçlarını həftədə bir dəfə yuduğunu bildirib.

N.Patel həmçinin qeyd edib ki, yetkin yaşlı insanlar arasında yeni rekorda imza atmaq niyyətindədir.

Paylaş

 Xəbəriniz olsun