Dünyanın ən məşhur çiçək parkı karantin dövründə ziyarətçilərə belə xidmət göstərir

  • Space TV
  • 30 Aprel 2020 15:53

Davam edən karantin səbəbindən Avropada ən məşhur Kökenhof çiçək parkı bu il ziyarətçilərin üzünə açılmayacaq. Ancaq park rəhbərliyi ruhdan düşməyib və ziyarətçilər üçün unikal yol təklif edib.

Belə ki, parkın görünüşü müasir medianın bütün mümkün formatlarında – 360 dərəcəlik video, adi video və fotoşəkillərdə yayımlanıb. Artıq bu mənzərəni dünyanın hər yerindən görmək mümkün olacaq.

“Siz Kökenhofa gələ bilmirsinizsə, biz onu sizin ünvanınıza gətirərik. Parkın ən gözəl yerlərinə baxın”, – deyə parkın direktoru sosial şəbəkədən insanlara müraciət edib.

Qeyd edək ki, sərgi üçün parkda yeddi milyon ədəd çiçək əkilib, onun da yarıdan çoxu tülpanlardır.

Paylaş

 Xəbəriniz olsun