Dünyanın ən kiçik sürünəni aşkarlanıb – FOTO

  • Space TV
  • 3 Fevral 2021 10:33

Madaqaskarın şimalında cəngəllikdə dünyanın ən kiçik sürünəni tapılıb. “Brookesia nana” adlanan canlının ölçüsü erkək və dişilərdə müvafiq olaraq 1,35-1,9 santimetrdir.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Cüt-cüt yaşayan canlının bədəninin yarısını quyruğu təşkil edir.

Yeni tapıntı alimlərin böyük marağına səbəb olub. Onlar buqələmunun bu növünün nə səbəbə belə balaca qaldığını araşdırırlar.

Paylaş

 Xəbəriniz olsun