Dünyanın ən gözəl qızı Nyu-York küçələrində qeyri-adi stili ilə diqqət çəkdi – FOTO

  • Space TV
  • 10 Fevral 2021 11:14

Daha əvvəl dünyanın ən gözəl qadını seçilən Fələstin mənşəli amerikalı supermodel Bella Hadid Nyu-York küçələrində qeyri-adi stili ilə diqqət çəkib.

Bu barədə “Bazaar” xəbər yayıb.

Bildirilir ki, bu dəfə o, Rusiyaya məxsus “Ushatava” brendinin geyimində olub.

24 yaşlı model parlaq çəhrayı lonqslivdə, həmçinin düz şalvar və pencəkdən ibarət zolaqlı kostyumda olub. O, obrazını toxunma şərf və papaqla tamamlayıb. Gəzintisini daha komfortlu etmək üçün isə Hadid obrazına iri botlar əlavə edib.

Paylaş

 Xəbəriniz olsun