Dünyanın ən gənc baş naziri o olacaq

  • SpaceTV
  • 9 Dekabr 2019 15:45

34 yaşlı Sanna Marin Finlandiya Nazirlər Kabinetinə başçılıq etməklə dünyanın ən gənc Baş naziri olacaq.

Məlumatı BBC agentliyi yayıb. 

Ölkənin aparıcı siyasi qüvvəsi olan Sosial Demokrat Partiyası və digər parlament fraksiyaları Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə Nəqliyyat və Rabitə Nazirliyinin başçısı Sanna Marininin namizədliyini təsdiq ediblər.

Yeni baş nazir bu postda üç dekabrda istefa vermiş Anti Rinneni əvəz edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin keçmiş rəhbərinin istefasından sonra bütün hökumət üzvləri istefaya göndərilib. 

Sanna Marin Finlandiya tarixində sözügedən vəzifəsini tutacaq üçüncü qadın olacaq. 

Paylaş

 Xəbəriniz olsun