Dünyanı qorxuya salan dəhşətli virusun müalicəsi tapıldı

  • SpaceTV
  • 23 Yanvar 2020 17:16

Çinin Uhan Universitetinin hospitalının həkimləri “2019-nCoV” konoravirusunun uğurlu müalicə üsulunu tapıblar.

Bu barədə TASS informasiya yayıb.

Həkimlər müəyyən ediblər ki, ekstrakorporal oksigenləşmə yeni tip sətəlcəmi müalicə etməyə kömək edir (qanın oksigenlə zənginləşdirilməsi, EKMO – ekstrakorporal membran oksigenləşmə).

Artıq virusa yoluxmuş 53 yaşlı kişi bu yolla müalicə edilib.

Paylaş

 Xəbəriniz olsun