Dünyanı 30 dəqiqədə məhv edəcək beş texnika – Üçü Rusiyadadır

  • Space TV
  • 30 Yanvar 2020 12:13

Dünyanı 30 dəqiqə ərzində məhv edə biləcək beş atom sualtı qayığından üçü Rusiyada, digər ikisi isə ABŞ-dadır.

Bu barədə “The National Interest” xəbər yayıb.

Jurnalın məlumatına görə, “soyuq müharibə” dövründə ABŞ-ın “Ohio” tipli submarinası şəhər böyüklüyündə 288 hədəfi yarım saatdan da az müddətə radioaktiv külə çevirə bilər.

Bundan sonra siyahıda tikintisi gələn il üçün nəzərdə tutulan “Columbia” gəlir.

Məqalə müəllifi Rusiya hərbi texnikasından “ballistik raketləri olan ən sakit sualtı qayıq” adlandırdığı 955 layihəsinin “Borey”in, 667BDRM layihəsinin “Delfin” və 885M layihəsinin “Yasen-M” sualtı qayıqlarının adını çəkib.

“Əslində, üçüncü dünya müharibəsi başlasa, bu gəmilər və onların hərbi texnikası sivilizasiyanı, pizza sifariş etmək üçün tələb olunan vaxtdan da az müqddətdə məhv edə bilər”, – deyə nəşrin eksperti vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun