Dünyada koronavirusdan sağalanların sayı səkkiz milyonu keçdi – STATİSTİKA

  • Space TV
  • 16 İyul 2020 09:59

Dünyada 13 696 738 nəfərdə koronavirus aşkar edilib.

Bu barədə space tv-ın onlayn statistikasında qeyd edilir.

Virusa yoluxanlardan 586 885-i ölüb, 8 155 561-i sağalıb.

Koronavirusdan yoluxmanın (3 616 747) və ölümün (140 140 nəfər) ən çox müşahidə edildiyi dövlət ABŞ-dır. İkinci yerdə 1 970 909 yoluxma və 75 523 ölüm sayı ilə Braziliya gəlir.

Azərbaycanın sərhəd qonşularından Rusiya 746 369 yoluxma ilə ölkələr arasında dördüncü, İran isə 264 561 yoluxma sayı ilə 11-cidir.

Türkiyədə koronavirusa 215 940, Ermənistanda 33 005, Gürcüstanda isə 1 004 yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirusun aşkar edildiyi 25 672 nəfərdən 326-sı həyatını itirib, 16 695-i sağalıb.

Paylaş

 Xəbəriniz olsun