Dünyada koronavirusdan sağalanların sayı 1 milyon 600 mini keçdi

  • Space TV
  • 13 May 2020 12:49

Dünyada yeni növ koronavirusdan sağalmağı bacaran xəstələrin sayı 1 milyon 602 min 539 olub.

SPACE TV  xəbər verir ki, bu barədə koronavirus statistikalarını araşdıran “Worldometer” saytı məlumat verib. Məlumata görə, ən çox sağalanların olduğu ölkələr ABŞ (296 min 746), İspaniya (180 min 470) və Almaniyadır (147 min 200).

Qeyd edək ki, bütün dünyada virus səbəbindən ölənlərin sayı 292 mini ötüb. Virusa 200-dən çox ölkədə 4 milyon 342 min 685 insan yoluxub.

Paylaş

 Xəbəriniz olsun