Dünyada ilk dəfə bir türk koronavirusdan ÖLDÜ

  • Space TV
  • 7 Mart 2020 15:45

Qlobal böhrana çevrilən koronavirus səbəbindən ölənlərin sayı 3500-ü keçib. Dünyadakı 101.400-dən çox insana ötürülən virus səbəbiylə saysız tədbirlər görülsə də, onun qarşısını almaq olmur.

SPACE TV xəbər verir ki, dünən Fransa da yaşayan Mərsinli bir Türk olan Xəlil Bıçkının həyatını itirməsi, Türkiyədə böyük əks-səda yaratdı.

Fransada cənazənin ölkədən getməsinə icazə verməyən prezident Emmanuel Makron açıqlama verərək bildirdi ki, hazırda ikinci pillədə olan koronavirusa qarşı milli həyəcan səviyyəsi yaxın günlərdə üçüncü səviyyəyə qalxacaq.

Paylaş

 Xəbəriniz olsun