Dünyada ilk: 90 nəfər könüllü olaraq COVID-19-a yoluxacaq

  • Space TV
  • 18 Fevral 2021 11:47

Böyük Britaniyada dünyada ilk dəfə insanlar üzərində COVID-19 təcrübələri həyata keçiriləcək.

NTV xəbər verir ki, gələn həftə keçirilməsi planlaşdırılan təcrübələrdə 18-30 yaş arası 90 nəfər müayinə olunacaq.

Sağlam və gənc könüllülər vasitəsilə həyata keçiriləcək təcrübədə koronavirusa qarşı hazırlanmış peyvəndlər və müalicələr test ediləcək.

Xüsusi seçiləcək 90 nəfər daim səhiyyə işçiləri tərəfindən nəzarət altında olacaqlar və təhlükəsiz mühitdə COVID-19 xəstəliyinə yoluxacaqlar.

“Human Challenge”in keçirilməsi virusun insanlara necə təsir etdiyini və necə yayıldığını anlamağa kömək etmək məqsədi daşıyır.

Paylaş

 Xəbəriniz olsun