Dünyada ərzaq qiymətləri ən yüksək həddə çatıb

  • Space TV
  • 5 Fevral 2021 10:38

Dünya üzrə ərzaq məhsullarının qiymətləri bahalaşmaqda davam edir.

“Moskovskiy Komsomolets” nəşri BMT-nin Ərzaq və Kənd Təssərrüfatı təşkilatına (FAO) istinadən bildirir ki, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında dünya birjalarında ərzaq xammallarının qiyməti 4.3% artıb.

Təşkilatın hesabatında qeyd olunur ki, hazırda ərzaq məhsulları indeksi 2014-cü ilin iyul ayından bəri ən yüksək həddə çatıb.

Ən çox bahalaşan isə dənli bitkilər, xüsusən də qarğıdalıdır.

Paylaş

 Xəbəriniz olsun